Azərbaycanın iki cüdo hakimi beynəlxalq dərəcə qazandı - FOTO

9 Noyabr 2026 19:43
32
Azərbaycanın iki cüdo hakimi beynəlxalq dərəcə qazandı

Azərbaycanın cüdo hakimləri İslam Nəcəfquliyev və Vilayət Rəhimli “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim adını qazanıblar.

İdman.Biz xəbər verir ki, hakimlərimiz noyabrın altısından səkkizinədək Macarıstanın Dyör şəhərində Beynəlxalq Cüdo Federasiyasının (IJF) seminar və imtahan proqramında iştirak ediblər.

Proqram çərçivəsində onların nəzəri bilikləri və praktiki hazırlığı qiymətləndirilib. Seminarda yarış qaydalarının tətbiqi, texniki hərəkətlərin qiymətləndirilməsi və müxtəlif görüş vəziyyətlərində qərarların verilməsi video nümunələr əsasında təhlil olunub.

Praktiki sınaqlar noyabrın yeddisində və səkkizində Dyördə keçirilən yeniyetmələr arasında Avropa Kuboku zamanı təşkil edilib. Bu mərhələdə hakimlərimizin qaydaları düzgün tətbiq etməsi, tatamidə mövqe seçimi, qərarlarının ardıcıllığı və görüşləri idarə etmək bacarıqları yoxlanılıb.

Bütün mərhələləri uğurla tamamlayan İslam Nəcəfquliyev və Vilayət Rəhimliyə beynəlxalq dərəcəni təsdiqləyən diplom, həmçinin müvafiq qalstuk və döş nişanları təqdim olunub.

İdman.Biz