Beynəlxalq Cüdo Federasiyası Uşanqi Kokaurinin əsas rəqibi kimi Kənan Nəsibovu göstərdi

12 Noyabr 2026 18:36
48
Beynəlxalq Cüdo Federasiyası Uşanqi Kokaurinin əsas rəqibi kimi Kənan Nəsibovu göstərdi

Beynəlxalq Cüdo Federasiyası (IJF) Zaqreb Qran-Prisinə həsr etdiyi anonsda Azərbaycan cüdoçuları Uşanqi Kokauri və Kənan Nəsibova xüsusi diqqət ayırıb.

İdman.Biz xəbər verir ki, federasiyanın rəsmi saytında yayımlanan materialda Kokauri 100 kq-dan yuxarı çəki dərəcəsinin bir nömrəli səpələnmiş iştirakçısı kimi təqdim olunub.

IJF təcrübəli cüdoçunun Bakıdakı dünya çempionatında gümüş medal qazandığını, iki həftə əvvəl Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində də ikinci yeri tutduğunu xatırladıb.

Federasiyanın qiymətləndirməsinə görə, Kokaurinin Zaqrebdəki ən çətin rəqibi məhz komanda yoldaşı Kənan Nəsibov ola bilər. Materialda Nəsibovun da Bakıdakı dünya çempionatında fəxri kürsüyə yüksələrək bürünc medala sahib olduğu vurğulanıb.

Qeyd edək ki, Zaqreb Qran-Prisi noyabrın 13-15-də Xorvatiyanın paytaxtında keçiriləcək.

İdman.Biz