Cüdo millimiz Yaponiyada hazırlığa başlayıb - FOTO

12 Noyabr 2026 19:31
40
Cüdo millimiz Yaponiyada hazırlığa başlayıb

Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Yaponiyada beynəlxalq təlim-məşq toplanışına qatılıb.

İdman.Biz xəbər verir ki, hazırlığın ilk mərhələsi noyabrın 21-dək Tokioda yerləşən Tokai Universitetində keçirilir.

Toplanışın ikinci mərhələsi Tenri şəhərində baş tutacaq və dekabrın üçündə başa çatacaq.

Hazırlıq prosesi millimizin Tokio Böyük Dəbilqəsi və Dünya Masters Turnirinə hazırlıq proqramının tərkib hissəsidir.

İdman.Biz