Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran Pri turnirinin püşkü atılıb.
İdman.Biz xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan təmsilçilərinin ilk rəqibləri müəyyənləşib.
Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda ölkəmizi doqquz çəki dərəcəsində 12 cüdoçu - doqquz kişi və üç qadın təmsil edəcək. Turnirdə 70 ölkədən 515 idmançı (314 kişi, 201 qadın) mübarizə aparacaq.
Cüdoçularımızın ilk qarşılaşmaları belədir:
Qadınlar
52 kq, 1/16 final
Gültac Məmmədəliyeva - Tihea Topolovets (Xorvatiya)
70 kq, 1/16 final
Südabə Ağayeva - Olha Tsimko (Ukrayna)
+78 kq, 1/16 final
Madina Kaisinova - Kinga Volşçak (Polşa)
Kişilər
60 kq, 1/16 final
Murad Muradlı - Luka Mxeidze (Fransa)
66 kq, 1/16 final
Nizami İmranov - Daiki Buba (Fransa)
Turan Bayramov - Florian Böker (Almaniya)
73 kq, 1/32 final
Nəriman Mirzəyev - Valtteri Olin (Finlandiya)
Rüfət Şövlətov - Luka Katiç (Xorvatiya)
90 kq, 1/32 final
Vüqar Talıbov - Peter Şafrani (Macarıstan)
100 kq, 1/16 final
Əjdər Bağırov - Mixael Korrel (Niderland)
+100 kq, 1/8 final
Uşanqi Kokauri - İqor Vraçar (Serbiya) / Mustafa Fofana (Qvineya) cütünün qalibi
Kənan Nəsibov - Murtaza Suha (Almaniya) / Jantilek Nurtilepuli (Qazaxıstan) cütünün qalibi
Noyabrın 13-dən 15-dək keçiriləcək yarışın görüşləri “Judo TV” platformasında canlı yayımlanacaq.
