“Naxçıvan” basketbol klubunun baş məşqçisi Georgi Kondruseviç Azərbaycan Basketbol Liqasının yeddinci turunda NTD üzərində qazandıqları 84:56 hesablı qələbəyə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında rəqibin müqavimətini qeyd edib:
“Rəqib oyunun bəzi hissələrində yaxşı təsir bağışladı. Bizim bir legionerimiz bu oyunda yox idi, ona uyğun çıxış etdik. Amma rəqib də yaxşı müqavimət göstərdi. Bizim üçün bu, bir növ özümüzlə mübarizə idi. Açığı, belə oyunları sevmirəm, amma onları da oynamaq lazımdır. Bu da bir təcrübədir”.
Qeyd edək ki, Bakı İdman Sarayında keçirilən qarşılaşmada “Naxçıvan” NTD-ni 28 xal fərqi ilə məğlub edib.
