Şakira 13 yaşlı oğlu ilə basketbol oyununda - VİDEO

16 Noyabr 2026 14:06
55
Şakira 13 yaşlı oğlu ilə basketbol oyununda - VİDEO

Dünyaca məşhur kolumbiyalı müğənni Şakira gündəlik işlərinə fasilə verərək oğlu Milanla birlikdə basketbol oyununa baxmağa yollanıb.

İdman.Biz xəbər verir ki, ana və oğul noyabrın 14-də ABŞ-nin Mayami şəhərində keçirilən NBA matçında iştirak ediblər. Onlar “Mayami Hit” və “Detroyt Pistons” komandaları arasındakı qarşılaşmanı arenanın ön sıralarından izləyiblər.

13 yaşlı Milan yaşıl papağı və ağ köynəyi ilə diqqət çəkib. Şakira isə gün eynəyi və mavi geyimdə olub. Oyun zamanı ana və oğulun görüntüləri arenanın böyük ekranında da nümayiş etdirilib.

Qarşılaşma meydan sahiblərinin 137:117 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Milan Şakiranın sabiq futbolçu Jerar Pike ilə münasibətindən dünyaya gələn böyük oğludur. Cütlüyün Saşa adlı daha bir oğlu var.

İdman.Biz
Məqalədə: