Azərbaycan Basketbol Liqasında yeddinci tura bu gün yekun vurulacaq.
İdman.Biz xəbər verir ki, turun sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.
Saat 19:00-da NTD “Naxçıvan”ı, “Sumqayıt” isə “Ordu”nu qəbul edəcək.
NTD - “Naxçıvan” görüşü Bakı İdman Sarayında, “Sumqayıt” - “Ordu” matçı isə Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” “Neftçi”ni (93:78), “LANDAU Lions” isə “Gəncə”ni (85:62) məğlub edib.
