Bu gün UEFA Avropa Liqasının liqa mərhələsinin ikinci turuna yekun vurulub.
İdman.Biz xəbər verir ki, İtaliyanın “Yuventus” və Türkiyənin “Beşiktaş” klubları səfər qələbələri qazanıblar.
“Yuventus” İspaniyada “Selta” ilə qarşılaşıb. Viqodakı “Abanka Balaidos” stadionunda keçirilən görüş Turin təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahibləri 18-ci dəqiqədə Uqo Alvaresin qolu ilə önə keçiblər. “Yuventus” 59-cu dəqiqədə Nik Voltemadenin qolu sayəsində hesabı bərabərləşdirib. Qonaqlara qələbə qazandıran qol isə 90+2-ci dəqiqədə Randal Kolo Muani tərəfindən vurulub.
“Beşiktaş” isə Almaniyada “Hoffenhaym”ı 3:2 hesabı ilə məğlub edib. Qarşılaşmada hesabı 60-cı dəqiqədə Amir Murilyo açıb. Meydan sahiblərindən Fisnik Asllani 68-ci dəqiqədə tarazlığı bərpa edib.
Bundan sonra İstanbul klubunun cənubi koreyalı hücumçusu O Hyon Kyu 72-ci və 79-cu dəqiqələrdə fərqlənərək dubl edib. O, həmçinin komandasının ilk qolunda məhsuldar ötürmə müəllifi olub. “Hoffenhaym”ın heyətində Koki Matida 88-ci dəqiqədə fərqi minimuma endirib.
Portuqaliyanın “Benfika” klubu Şotlandiyanın “Seltik” komandasını 4:1 hesabı ilə məğlub edib. Lissabonda keçirilən görüşdə meydan sahiblərinin heyətində Con Duran 5-ci dəqiqədə penaltidən, 36-cı dəqiqədə isə oyundan fərqlənərək dubl edib. Digər qolları Aleksander Ba (23) və Vangelis Pavlidis (89) vurublar.
Qonaqların yeganə qoluna 63-cü dəqiqədə “Qarabağ”dan transfer olunan Kamilo Duran imza atıb.
Paralel keçən oyunların nəticələrini təqdim edirik:
UEFA Avropa Liqası
Liqa mərhələsi, II tur
“Bornmut” (İngiltərə) – “Şturm” (Avstriya) 3:0
“Ferentsvaroş” (Macarıstan) – “Viktoriya” (Çexiya) 2:1
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Anderlext” (Belçika) 1:0
“Yagelloniya” (Polşa) – “Ararat-Armeniya” (Ermənistan) 3:1
NEK (Niderland) – “Levski” (Bolqarıstan) 1:1
“Marsel” (Fransa) – “Olimpiakos” (Yunanıstan) 0:1
“Selta” (İspaniya) – “Yuventus” (İtaliya) 1:2
“Benfika” (Portuqaliya) – “Seltik” (Şotlandiya) 4:1
“Renn” (Fransa) – OFİ (Yunanıstan) 2:1
“Hoffenhaym” (Almaniya) – “Beşiktaş” (Türkiyə) 2:3
22:41
UEFA Avropa Liqasının liqa mərhələsinin ikinci turunda səkkiz qarşılaşma yekunlaşıb. “Milan” və “Bayer” səfərdə rəqiblərini böyük hesabla məğlub edib, “Lion” isə doğma meydanda çətin qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, İtaliya təmsilçisi “Milan” Avstriyada “Zalsburq”u 4:0 hesabı ilə məğlub edib. Görüşün qəhrəmanı het-trik edən Alfaco Sisse olub.
O, 15, 33 və 49-cu dəqiqələrdə fərqlənib. Qonaqların dördüncü qolunu 72-ci dəqiqədə Qonsalu Ramuş vurub. “Milan”ın müdafiəçisi Filippo Terraççano isə 84-cü dəqiqədə birbaşa qırmızı vərəqə alıb.
Bu qələbə ilə “Milan” liqa mərhələsində ilk üç xalını qazanıb.
Almaniyanın “Bayer” klubu da səfərdə inamlı qələbəyə sevinib. Leverkuzen təmsilçisi Polşanın “Lex” komandasını 4:0 hesabı ilə məğlub edib. Patrik Şik 29 və 41-ci dəqiqələrdə penaltidən fərqlənərək dubl edib. Digər qolları Malik Tillman və İbrahim Maza vurublar.
Fransanın “Lion” klubu isə İngiltərənin “Kristal Pelas” komandasını 3:2 hesabı ilə üstələyib. Meydan sahiblərinin heyətində Korenten Tolisso, Ernest Nuama və Pavel Şults fərqləniblər. Qonaqların qollarını Yeremi Pino və Daiçi Kamada vurublar.
Digər qarşılaşmalarda Niderlandın AZ klubu İsrailin “Hapoel Beer-Şeva” komandasına 2:1, Kiprin “Omoniya” klubu Sloveniyanın “Çelye” təmsilçisinə 3:0, İngiltərənin “Sanderlend” klubu isə Portuqaliyanın “Torreense” komandasına 2:1 hesabı ilə qalib gəlib.
Çexiyanın “Sparta” klubu Norveçin “Lillestrem”, Belçikanın “Yunion Sen-Jilluaz” komandası isə İspaniyanın “Real Sosyedad” təmsilçisi ilə heç-heçə edib.
09:22
UEFA Avropa Liqasında bu gün Liqa mərhələsinin ikinci turunun oyunları keçiriləcək.
İdman.Biz xəbər verir ki, futbol üzrə turnirin növbəti oyun günündə 18 qarşılaşma baş tutacaq.
Günün diqqətçəkən görüşlərindən birində İtaliyanın “Milan” futbol komandası səfərdə Avstriyanın “Zalsburq” klubu ilə üz-üzə gələcək. İtaliyanın digər təmsilçisi “Yuventus” İspaniyada “Selta”nın qonağı olacaq.
Türkiyənin “Beşiktaş” futbol komandası isə Almaniyada “Hoffenhaym”la qarşılaşacaq. Həmçinin “Lion” - “Kristal Palas”, “Benfika” - “Seltik” və “Marsel” - “Olimpiakos” görüşləri maraqla gözlənilir.
UEFA Avropa Liqası, ikinci tur (Bakı vaxtı ilə)
20:45 “Sparta Praqa” - “Lillestrem”
20:45 AZ - “Hapoel Beer-Şeva”
20:45 “Zalsburq” - “Milan”
20:45 “Lex Poznan” - “Bayer Leverkuzen”
20:45 “Selye” - “Omoniya”
20:45 “Lion” - “Kristal Palas”
20:45 “Yunion Sen-Jilluaz” - “Real Sosyedad”
20:45 “Torreense” - “Sanderlend”
23:00 “Bornmut” - “Şturm Qrats”
23:00 “Ferentsvaroş” - “Viktoriya Plzen”
23:00 “Dinamo Zaqreb” - “Anderlext”
23:00 “Yaqelloniya” - “Ararat-Armeniya”
23:00 NEC - “Levski Sofiya”
23:00 “Marsel” - “Olimpiakos”
23:00 “Selta” - “Yuventus”
23:00 “Benfika” - “Seltik”
23:00 “Renn” - OFİ
23:00 “Hoffenhaym” - “Beşiktaş”
