İngiltərənin “Mançester Siti” futbol klubunun baş məşqçisi Enso Mareska komandasının səfər oyunlarında yaranan təzyiqə uyğunlaşmalı olduğunu deyib.
İdman.Biz xəbər verir ki, o bu barədə “Sky Sports”a açıqlamasında söyləyib.
“Biz bu təzyiqlə mübarizə aparmağı öyrənməliyik. Çünki böyük ehtimalla, səfərdə keçirdiyimiz hər oyunda belə vəziyyətlə üzləşəcəyik.
Bu təzyiqin öhdəsindən gəlməyi bacarmalı və özümüz də meydanda sözümüzü deməliyik. Buna isə qələbələr qazanmaqla nail ola bilərik.
Bütün bunlar komandanı daha da birləşdirə bilər.
Meydandan kənarda baş verənlərə nəzarət edə bilmirəm. Buna görə də narahat olmağın mənası yoxdur. Qalan məsələlər məndən asılı deyil”, – deyə Mareska bildirib.
