Mourinyo “Real Madrid”də ispaniyalı futbolçuların azlığına zarafatla münasibət bildirdi

28 Noyabr 2026 00:38
46
Mourinyo “Real Madrid”də ispaniyalı futbolçuların azlığına zarafatla münasibət bildirdi

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo İspaniyada keçiriləcək parlament seçkiləri ilə bağlı suala özünəməxsus tərzdə cavab verib.

İdman.Biz xəbər verir ki, La Liqanın “Alaves”lə qarşılaşması öncəsi keçirilən mətbuat konfransında portuqaliyalı mütəxəssisdən noyabrın 29-da baş tutacaq seçkilərin komandanın məşq qrafikinə təsir edib-etməyəcəyi soruşulub.

Mourinyo bazar günü futbolçuların məşq etməyəcəklərini açıqlayıb. Jurnalistin oyunçulardan hər hansı birinin seçki komissiyasının işinə cəlb oluna biləcəyi ilə bağlı sualına isə təbəssümlə cavab verib:

“Axı bizim ispaniyalı futbolçularımız yoxdur. Cəmi üç-dörd ispaniyalımız var”.

Baş məşqçinin bu zarafatı mətbuat konfransında iştirak edən jurnalistlərin gülüşünə səbəb olub.

İdman.Biz