Mahir Emrelinin qolu “Rakuv”a xal qazandırmadı

27 Noyabr 2026 22:59
44
Mahir Emrelinin qolu “Rakuv”a xal qazandırmadı

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Rakuv” klubunun heyətində fərqlənsə də, komandası “Pyast”la oyunda məğlub olub.

İdman.Biz xəbər verir ki, Polşa çempionatının 16-cı turunda keçirilən qarşılaşma “Rakuv”un 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

İlk hissədə iki cavabsız qol buraxan meydan sahibləri 59-cu dəqiqədə Emrelinin sayəsində fərqi azaldıblar. Lakin qalan vaxtda hesabı bərabərləşdirə bilməyiblər.

Start heyətində meydana çıxan 29 yaşlı hücumçu 77-ci dəqiqədə əvəzlənib.

Bu, Emrelinin “Rakuv”un heyətində bütün turnirlərdə yeddinci qolu olub.

Qeyd edək ki, "Rakuv" 15 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

İdman.Biz