Ramil Şeydayev oynamadı, “Soçi” yenə qələbə qazana bilmədi

22 Noyabr 2026 01:47
26
Ramil Şeydayev oynamadı, “Soçi” yenə qələbə qazana bilmədi

Azərbaycanlı futbolçu Ramil Şeydayevin çıxış etdiyi “Soçi” Rusiya Birinci Liqasının 18-ci turunda xal itkisi ilə üzləşib.

İdman.Biz xəbər verir ki, komanda doğma meydanda Moskvanın “Veles” klubu ilə 2:2 hesablı heç-heçə edib.

Qonaqlar 44-cü dəqiqədə Kərim Girayevin qolu ilə hesabı açıblar. İvan Nikin 61-ci dəqiqədə fərqi iki topa çatdırıb.

Lakin “Soçi” məğlubiyyətdən xilas olmağı bacarıb. Nemanya Stoyiç 66-cı dəqiqədə fərqi azaldıb, 89-cu dəqiqədə isə ikinci qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.

Ramil Şeydayev qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirib.

Bu nəticədən sonra “Soçi”nin qələbəsiz oyunlar seriyası dördə çatıb. “Veles” isə son altı qarşılaşmada cəmi bir dəfə qalib gəlib.

İqor Osinkinin rəhbərlik etdiyi “Soçi” 19 oyundan topladığı 34 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. “Veles” isə 20 matçda 32 xal qazanaraq beşinci yerdədir.

İdman.Biz