U-20 futbol millimiz bu gün İraqla növbəti yoldaşlıq oyununu keçirəcək

20 Noyabr 2026 10:25
41
U-20 futbol millimiz bu gün İraqla növbəti yoldaşlıq oyununu keçirəcək

20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün İraq yığması ilə növbəti yoxlama oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, baş məşqçi Rui Jorjenin rəhbərlik etdiyi komanda Bakıda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində ikinci dəfə İraqın U-20 kollektivi ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında noyabrın 17-də Sumqayıtda baş tutan ilk qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.

İdman.Biz