Ukraynalı futbolçu Mixaylo Mudrik “Çelsi”yə keçməzdən əvvəl “Arsenal”da çıxış etmək istədiyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, o, “Guest of Gordon” verilişindəki müsahibəsində London klubuna transfer olmaq arzusunun heç kimə sirr olmadığını deyib:
“Arsenal”da oynamaq istəyirdim və “Emireyts”ə köçmək mənim arzum idi.
Arzumu reallaşdırmaq və “Arsenal”a keçmək üçün heç bir cəhd olmadı. Əvvəlki agentimin cəhdləri yalnız daha çox pul qazanmağa yönəlmişdi.
Amma həmin vaxt mən bundan xəbərsiz idim. Komissiya və bütün digər məsələləri yalnız sonradan başa düşdüm”.
