Azərbaycan millisinin futbolçusu “Sampdoriya”nın qələbəsinə qolla töhfə verdi

22 Noyabr 2026 00:39
45
Azərbaycan millisinin futbolçusu “Sampdoriya”nın qələbəsinə qolla töhfə verdi

Azərbaycan milli komandasının futbolçusu Lorenzo Mezzotero İtaliya B Seriyasının 12-ci turunda “Sampdoriya”nın “Benevento” üzərində 3:1 hesablı qələbəsində fərqlənib.

İdman.Biz xəbər verir ki, 18 yaşlı hücumçu Genuyada keçirilən qarşılaşmaya start heyətində başlayıb və 34-cü dəqiqədə komandasının üçüncü qolunu vurub.

Mezzoteronun qolunda məhsuldar ötürməni İtaliya millisinin heyətində 2020-ci il Avropa çempionatının qalibi olmuş Lorenso İnsinye verib.

Qarşılaşmada hesabı 10-cu dəqiqədə Cennaro Tutino açıb. “Benevento” 15-ci dəqiqədə Leonardo Sernikolanın qolu ilə tarazlığı bərpa etsə də, 22-ci dəqiqədə İnsinye “Sampdoriya”nı yenidən önə çıxarıb. Mezzotero isə 34-cü dəqiqədə yekun hesabı müəyyənləşdirib.

Azərbaycan millisinin üzvü 59-cu dəqiqədə Françesko Konti ilə əvəzlənib.

Bu qələbə “Sampdoriya” üçün B Seriyasında ardıcıl üçüncü olub.

Qeyd edək ki, Mezzotero bu yaxınlarda Genuya klubu ilə müqaviləsini 2030-cu ilədək uzadıb. Razılaşmada əməkdaşlığın daha bir mövsüm artırılması imkanı da nəzərdə tutulub.

İdman.Biz