Qadın futbolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanı seçməsi ilə iki yoxlama oyunu keçirəcək.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv noyabrın 24-dən dekabrın 5-dək Bakıda təlim-məşq toplanışında olacaq.
Qarşılaşmalar dekabrın 2-də və 5-də Bayıl stadionunda baş tutacaq. Hər iki matç saat 15:00-da start götürəcək.
Təlim-məşq toplanışına dəvət alan futbolçuların siyahısı:
| Nr. | SOYAD | AD | KLUB |
| 1 | Şərifova | Aytac | Yüksekova Spor (Türkiyə) |
| 2 | Əliyeva | Nərgiz | Sabah FK |
| 3 | İsmayılova | Günay | Neftçi PFK |
| 4 | Cəfərzadə | Sevinc | Yüksekova Spor (Türkiyə ) |
| 5 | Hacıyeva | Nərgiz | FK Turan (Qazaxıstan) |
| 6 | Mirzaliyeva | Nigar | Hamburq (Almaniya) |
| 7 | Mollayeva | Manə | Neftçi PFK |
| 8 | Məmmədova | Kamilla | FK Şaxtyor (Qazaxıstan) |
| 9 | Dorofeeva | Alina | FK Rubin Kazan (Rusiya) |
| 10 | Acar | Yeliz | Beşiktaş (Türkiyə) |
| 11 | Manya | Esra | Beşiktaş (Türkiyə) |
| 12 | Nəhmədova | Alina | Safir SK (Türkiyə) |
| 13 | Muradova | Aysun | Şile BilgiDoğa (Türkiyə) |
| 14 | Bozdag | Peritan | Fenerbahçe (Türkiyə) |
| 15 | Seyfəddinova | Vüsalə | Neftçi PFK |
| 16 | Məhsimova | Jalə | Neftçi PFK |
| 17 | Bakarandze | Kristina | Nike Lusso (Gürcüstan) |
| 18 | Rəhimova | Milana | Ünyespor (Türkiyə) |
| 19 | Rəhimova | Sona | Neftçi PFK |
| 20 | Nəsirova | Şəfəq | Neftçi PFK |
| 21 | Curuqova | Mədinə | Neftçi PFK |
| 22 | Hacıyeva | Vüsalə | Liman FK |
| 23 | Məmmədova | Diana | FK Rubin Kazan (Rusiya) |
