UEFA Millətlər Liqasının 2026/27 mövsümündə 1/4 final və liqalararası pley-off mərhələlərinin püşkü atılıb.
İdman.Biz xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan mərasimdə A Liqasının 1/4 final mərhələsinin, həmçinin A/B və B/C liqaları arasındakı pley-off qarşılaşmalarının cütləri müəyyənləşib.
1/4 final mərhələsində aşağıdakı komandalar üz-üzə gələcəklər:
İspaniya – Fransa
Norveç – İngiltərə
Niderland – Portuqaliya
Belçika – Almaniya
A/B Liqaları arasında pley-off qarşılaşmaları:
Bosniya və Herseqovina – Danimarka
Macarıstan – Serbiya
İrlandiya – Xorvatiya
Sloveniya – Uels
B/C Liqaları arasında pley-off qarşılaşmaları:
Kipr – Şimali Makedoniya
Estoniya – Rumıniya
Farer adaları – Gürcüstan
Belarus – İsrail
Qeyd edək ki, A/B pley-offunun qalibləri A Liqasında, B/C pley-offunun qalibləri isə B Liqasında mübarizə aparmaq hüququ qazanacaqlar. Məğlub olan komandalar müvafiq olaraq aşağı liqaya düşəcəklər.
Azərbaycan millisi D Liqasının qalibi kimi C Liqasına yüksəldiyindən bu gün keçirilən püşkatmada iştirak etməyib.
