“Barselona”nın Bakıya gələcəyi tarix açıqlandı

20 Noyabr 2026 14:09
84
“Barselona”nın Bakıya gələcəyi tarix açıqlandı

Futbol üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda Bakıda “Sabah”la qarşılaşacaq “Barselona”nın Azərbaycana səfər tarixi müəyyənləşib.

Bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov İdman.Biz-ə məlumat verib.

Onun sözlərinə görə, İspaniya klubu noyabrın 23-ü axşam saatlarında paytaxtımızda olacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində dörd turdan sonra “Barselona” doqquz xalla turnir cədvəlinin beşinci, “Sabah” isə üç xalla 31-ci pilləsində qərarlaşıb.

Xatırladaq ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” - “Barselona” matçı saat 21:45-də start götürəcək.

İdman.Biz
Məqalədə: