Qazaxıstan klubunun baş məşqçisi Qurban Qurbanova hədiyyə verdi - VİDEO

20 Noyabr 2026 13:29
47
Qazaxıstan klubunun baş məşqçisi Qurban Qurbanova hədiyyə verdi

Qazaxıstanın AKAS futbol klubunun baş məşqçisi Dovran Kendjaxunov “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanova xüsusi hədiyyə təqdim edib.

İdman.Biz xəbər verir ki, bu barədə Qazaxıstan klubunun sosial şəbəkə hesabında məlumat paylaşılıb.

AKAS-ın məşqçi heyəti “Qarabağ”ın bazasını ziyarət edərək Ağdam təmsilçisinin məşq prosesini yaxından izləyib. Qonaqlar klubun məşq metodları, futbolçuların fiziki hazırlığı, qidalanması və bərpa sistemi ilə tanış olublar.

Səfər çərçivəsində tərəflər arasında təcrübə mübadiləsi də aparılıb.

Qeyd edək ki, Dovran Kendjaxunov bu ilin martında da Qurban Qurbanovun dəvəti ilə “Qarabağ”da bir aylıq təcrübə proqramında iştirak edib. Həmin müddətdə qazaxıstanlı mütəxəssis Ağdam klubunun əsas komandasının məşqlərini və oyun təhlillərini izləyib.

İdman.Biz