40 yaş, 9 illik fasilə və böyük dönüş: Fransa millisinin sabiq futbolçusu karyerasını bərpa edir

20 Noyabr 2026 11:23
51
40 yaş, 9 illik fasilə və böyük dönüş: Fransa millisinin sabiq futbolçusu karyerasını bərpa edir

Fransa futbol millisinin sabiq üzvü doğma klubu “Bordo”ya kömək etmək məqsədilə məşqlərə başlayıb.

İdman.Biz xəbər verir ki, Benoa Tremulinas 2019-cu ildə karyerasını bitirdiyini açıqlasa da, son rəsmi matçını 2017-ci ildə keçirib. O, iki ay ərzində fizioterapevtlərin nəzarəti altında hazırlıq keçib və dünən komandanın ümumi məşqlərinə qoşulub.

Tremulinas “Bordo”nun yetirməsidir. Klub 2024-cü ildə maliyyə problemləri səbəbindən peşəkar statusunu itirib, bu yay isə daha aşağı liqaya düşüb. Hazırda Fransa Regional 1 liqasında (ölkənin altıncı divizionu) mübarizə aparan komanda yenidən yüksəlməyi hədəfləyir.

Keçmiş müdafiəçi doğma klubuna dəstək olmaq üçün futbola dönmək qərarına gəlib.

İdman.Biz