“Arsenal”ın iki futbolçusu sıradan çıxdı - Saka və Subimendinin son durumu

20 Noyabr 2026 15:19
34
“Arsenal”ın iki futbolçusu sıradan çıxdı - Saka və Subimendinin son durumu

“Arsenal”ın futbolçuları Bukayo Saka və Martin Subimendi zədə səbəbindən bir müddət komandaya kömək edə bilməyəcəklər.

İdman.Biz xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının növbəti turunda “Nyukasl”la keçiriləcək oyundan əvvəl mətbuat konfransında danışıb.

İspaniyalı mütəxəssis bildirib ki, Sakanın bərpası gözlənildiyi kimi davam edir. Bununla belə, ingiltərəli vingerin yaşıl meydanlara qayıtması üçün daha dörd həftə vaxt lazımdır.

Arteta futbolçunun zədəsinin təxminən səkkiz həftəlik olduğunu və artıq bunun yarısının geridə qaldığını bildirib.

Baş məşqçi Martin Subimendinin də sıradan çıxdığını açıqlayıb. Onun sözlərinə görə, ispaniyalı yarımmüdafiəçinin budun arxa əzələsində yüngül zədə aşkarlanıb. MRT müayinəsindən sonra müəyyənləşib ki, futbolçu bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, “Arsenal” noyabrın 21-də Premyer Liqanın 15-ci turu çərçivəsində səfərdə “Nyukasl”la qarşılaşacaq.

İdman.Biz