U-19 futbol millimiz Avropa çempionatına məğlubiyyətlə başlayıb

26 Noyabr 2026 16:41
44
U-19 futbol millimiz Avropa çempionatına məğlubiyyətlə başlayıb

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət yığması Avropa çempionatının 2026/2027 mövsümünün birinci seçmə mərhələsində ilk oyununa çıxıb.

İdman.Biz xəbər verir ki, B Liqasının üçüncü qrupunda mübarizə aparan millimiz Serbiyada meydan sahibləri ilə qarşılaşıb.

Stara Pazova şəhərindəki Serbiya Futbol Assosiasiyasının İdman Mərkəzində keçirilən görüşdə komandamız 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, U-19 millimiz növbəti oyununu noyabrın 29-da Şimali Makedoniya, dekabrın 2-də isə Monteneqro yığmasına qarşı keçirəcək.

İdman.Biz