Azərbaycan Birinci Liqasında birinci dövrənin sonuncu turuna bu gün start veriləcək.
İdman.Biz xəbər verir ki, doqquzuncu turun ilk oyunlarında saat 14:30-da “Baku Sportinq” “Şahdağ Qusar”ı, “Karvan-Yevlax” isə “Mingəçevir”i qəbul edəcək. Saat 19:00-da isə “Gəncəbasar” MOİK-lə qarşılaşacaq.
Azərbaycan Birinci Liqası
Doqquzuncu tur
26 noyabr
14:30. “Baku Sportinq” - “Şahdağ Qusar”
Hakimlər: Kamran Əliyev, Elmin Süleymanov, Samir Qaracayev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Baku Sportinq Arena”.
14:30. “Karvan-Yevlax” - “Mingəçevir”
Hakimlər: Alik Yunusov, Qəzənfər Məmmədov, Rəşad Quliyev, İslam Məmmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Yevlax şəhər stadionu.
19:00. “Gəncəbasar” - MOİK
Hakimlər: Nazim Abdullayev, Orxan İbişov, Anar Bədəlov, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mahal Məmmədov
Gəncə şəhər stadionu.
Qeyd edək ki, tura noyabrın 27-də yekun vurulacaq.
