Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçirilən “Sabah” - “Barselona” qarşılaşmasını izləmək üçün Rusiyadan Azərbaycana gələn azarkeş stadionda vəfat edib.
İdman.Biz teleqraf.az-a istinadla xəbər verir ki, hadisə oyunun ikinci hissəsində Bakı Olimpiya Stadionunda qeydə alınıb.
Qarşılaşmanı tribunadan izləyən Rusiyanın Krasnoyarsk diyarından Bakıya gəlmiş 1987-ci il təvəllüdlü Anton Aleksandroviç Petrişşevin qəfil halı pisləşib. O, stadionda dünyasını dəyişib.
Mərhumun meyiti müayinə üçün morqa təhvil verilib.
İlkin ehtimala görə, azarkeşin ölümünə ürək tutması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün Azərbaycanın avrokuboklarda mübarizə aparan təmsilçisi “Sabah” Çempionlar Liqasının beşinci turunda İspaniyanın “Barselona” futbol komandasına 1:4 hesabı ilə məğlub olub. Hazırda təmsilçimiz üç xalla 33-cü pillədədir.
