Futbol üzrə Misli Premyer Liqasının 13-cü turunda üz-üzə gələcək “Neftçi” və “Zirə” komandalarının heyətindəki itkilər məlum olub.
“Neftçi”nin mətbuat xidmətindən fanat.az-a verilən məlumata görə, “ağ-qaralar”ın heyətində cəzalı futbolçu yoxdur. Komandanın yeganə zədəli oyunçusu mərkəz müdafiəçisi Murad Xaçayevdir.
“Zirə”nin isə dörd futbolçusu qarşıdakı matçda meydana çıxa bilməyəcək. Qəsəbə klubunun sözçüsü Elmar Absullazadənin bildirdiyinə görə, komandada cəzalı oyunçu yoxdur. Lakin İssa Cibrila, Bayere Lue, Ktatau və Ange Mutsinzi zədə səbəbindən görüşü buraxacaqlar.
Qeyd edək ki, “Neftçi” - “Zirə” qarşılaşması noyabrın 27-də keçiriləcək. “Palms Sports Arena”da reallaşacaq görüşün start fiti 19:00-da səsləndiriləcək. Hazırda 27 xalı olan “xalq komandası” xalla turnir cədvəlinin birinci pilləsində mövqe tutubsa, 20 xala malik “qartallar” beşinci sıradadır.
