AFFA Region Liqasında çıxış edən “Veteran Tankçılar Gəncə” komandasının prezidenti Hacıbaba Əzimov səkkiz oyunluq cəza alıb.
İdman.Biz xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar çıxarıb.
Buna funksionerin “Göyəzən”lə oyundan sonra hakimlər otağına daxil olaraq onları təhqir etməsi səbəb olub. H.Əzimov qarşıdakı səkkiz matça buraxılmayacaq.
Bundan əlavə, “Veteran Tankçılar Gəncə”nin futbolçusu Sahib Gümşüdov qarşılaşmanın 42-ci dəqiqəsində qeyri-idman hərəkəsinə görə ikinci sarı vərəqə alıb. O, daha sonra rəqib futbolçunu vuraraq təhqir etdiyi üçün yeddi oyunluq diskvalifikasiya olunub.
