Samir Məmmədov: “Karvan-Yevlax”a qalib gəlmək istəyirik”

26 Noyabr 2026 14:29
41
Samir Məmmədov: “Karvan-Yevlax”a qalib gəlmək istəyirik”

“Karvan-Yevlax”ın yaxşı komanda olduğunu bilirik. Oyunun hazırlıqlarını davam etdiririk. Çox istəyirik ki, “Karvan”a qalib gələk və azarkeşlərimizi sevindirək. Təcrübəli baş məşqçisi olan, çempionluğa oynayan rəqiblə üz-üzə gələcəyimizin fərqindəyik”.

Bu sözləri Azərbaycan Birinci Liqasının doqquzuncu turunda səfərdə “Karvan-Yevlax”la qarşılaşacaq “Mingəçevir”in baş məşqçisi Samir Məmmədov matç ərəfəsində açıqlamasında deyib.

“Oyunun hazırlıqlarını davam etdiririk. Çox istəyirik ki, “Karvan”a qalib gələk və azarkeşlərimizi sevindirək. Təcrübəli baş məşqçisi olan, çempionluğa oynayan rəqiblə üz-üzə gələcəyimizin fərqindəyik”, - deyə o fanat.az-a açıqlamasında vurğulayıb.

Qeyd edək ki, “Karvan-Yevlax” - “Mingəçevir” qarşılaşması bu gün baş tutacaq. Yevlax şəhər stadionunda reallaşacaq görüşün start fiti saat 14:30-da səsləndiriləcək.

İdman.Biz