“Turan Tovuz”un hücumçusu Fransa mətbuatının diqqət mərkəzində - VİDEO

26 Noyabr 2026 15:13
38
“Turan Tovuz”un hücumçusu Fransa mətbuatının diqqət mərkəzində - VİDEO

“Turan Tovuz” futbol komandasının seneqallı hücumçusu İbrahima Vadji Fransa mətbuatında gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, Fransanın “Sent-Etyen” futbol klubunun sabiq oyunçularının çıxışlarını mütəmadi izləyən “En Vert et Contre Tous” nəşri təcrübəli hücumçunun Azərbaycandakı uğurlarına diqqət çəkib.

Nəşr Vadjinin və “Turan Tovuz”un mövsümə uğurlu başlanğıc etdiyini, komandanın turnir cədvəlində üçüncü pilləyə yüksəldiyini vurğulayıb.

Seneqallı futbolçunun “Şamaxı” ilə səfər qarşılaşmasında cari mövsümdə ikinci qolunu vurduğu da qeyd olunub.

Fransa nəşri həmçinin Vadjinin 2024-cü ildə “Sent-Etyen”in Liqa 1-ə yüksəlməsini təmin edən qolun müəllifi olduğunu xatırladıb.

Qeyd edək ki, “Turan Tovuz” səfərdə “Şamaxı”nı 2:0 hesabı ilə məğlub edib.

İdman.Biz