“Qarabağ” futbol komandasının sabiq yarımmüdafiəçisi Leandro Andradenin Ukraynanın “Polissya” klubu ilə imzaladığı müqavilənin maliyyə detalları məlum olub.
İdman.Biz xəbər verir ki, Ukraynalı jurnalist İqor Burbasın məlumatına görə, futbolçu Jitomir təmsilçisində ilk mövsümündə 1,1 milyon dollar (1,87 milyon manat) qazanacaq. Bu məbləğ Donetsk “Şaxtyor”u və Kiyev “Dinamo”sunun aparıcı futbolçularının qazancı səviyyəsindədir
Andradenin müqaviləsinə əsasən, onun qazancı əsas əməkhaqqı və zəmanətli əlavə ödənişlərdən ibarətdir.
Andradenin illik əməkhaqqı ilk mövsümdə 500 min, ikinci mövsümdə 600 min, üçüncü mövsümdə isə 700 min dollar təşkil edəcək. Futbolçu hər mövsüm əlavə olaraq 600 min dollar zəmanətli ödəniş alacaq.
2026-cı ilin yayında “Qarabağ”dan “Polissya”ya keçən 26 yaşlı futbolçu cari mövsümdə Ukrayna təmsilçisinin heyətində 14 qarşılaşmada üç qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.
Onun klubla müqaviləsinin müddəti 30 iyun 2029-cu ilədək nəzərdə tutulub.
“Transfermarkt” portalı futbolçunun bazar dəyərini dörd milyon avro qiymətləndirir.
