“Barselona”nın prezidenti Joan Laporta Bakıda azarkeşlərlə görüşüb - VİDEO

25 Noyabr 2026 15:13
41
“Barselona”nın prezidenti Joan Laporta Bakıda azarkeşlərlə görüşüb - VİDEO

İspaniyanın “Barselona” futbol klubunun prezidenti Joan Laporta Bakıda komandanın azarkeşləri ilə görüşüb.

İdman.Biz xəbər verir ki, görüş UEFA Çempionlar Liqasının beşinci turunda “Sabah” futbol komandası ilə keçiriləcək qarşılaşma öncəsi baş tutub. Tədbirdə Bakı və Bağdadda fəaliyyət göstərən fan-klubların nümayəndələri iştirak ediblər.

Laporta Bakıda olmaqdan və yerli azarkeşlərlə görüşməkdən məmnunluğunu ifadə edib:

“Dünyanın istənilən nöqtəsində “Barselona”nın ruhunu hiss etmək mümkündür. Bu, bizə güc verir. Bakıda “Barselona”nın azarkeşləri ilə görüşdüm. Dünyanın hər yerindəki azarkeşlərimizlə fəxr edirik. Onların dəstəyi klubu gücləndirmək və inkişaf etdirmək istiqamətində fəaliyyətimizi davam etdirməyə kömək edir. Bu, “Barselona”nın təkcə futbol dünyasında deyil, dünyanın müxtəlif ölkələrində insanların həyatında da mühüm yer tutduğunu göstərir”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” - “Barselona” qarşılaşması saat 21:45-də başlayacaq.

Xatırladaq ki, “Sabah” ilk turda səfərdə İngiltərənin “Mançester Yunayted” komandasına 0:4 hesabı ilə uduzub. İkinci turda Çexiyanın “Slaviya” (Praqa) komandasını 2:0 hesabı ilə məğlub edib. Üçüncü turda isə Almaniyanın “Borussiya” (Dortmund) komandasına 1:2, dördüncü turda Norveçin “Vikinq” klubuna 1:4 hesabı ilə yenilib.

Turnir cədvəlində “Barselona” səkkizinci, “Sabah” isə 30-cu pillədə qərarlaşıb.

İdman.Biz