Elvin Məmmədov “Sabah” - “Barselona” oyunu ilə bağlı fikirlərini açıqladı

25 Noyabr 2026 13:29
49
Elvin Məmmədov “Sabah” - “Barselona” oyunu ilə bağlı fikirlərini açıqladı

“Sabah” üçün ağır oyun keçəcək. Amma futbolçular bu qarşılaşmanın da ləzzətini çıxarmalıdırlar. “Barselona” dünya nəhəngi bir komandadır. Ölkəmizdə də azarkeşləri çoxdur”.

Bu sözləri “Neftçi”nin U-17 futbol komandasının baş məşqçisi Elvin Məmmədov bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda İspaniya nəhəngi “Barselona” ilə qarşılaşacaq “Sabah”ın şanslarını dəyərləndirərkən deyib.

Veteran futbolçu qarşılaşmanın motivasiyasından və azarkeşlər üçün əhəmiyyətindən söz açıb.

“Barselona” kimi rəqibə qarşı oynamaq özü ən böyük motivasiyadır. Tamaşaçılar üçün isə dünya ulduzlarını canlı izləmək baxımından əla fürsətdir. Hesabla bağlı proqnozum yoxdur. “Sabah” komandasına uğurlar arzulayıram!”, - deyə o fanat.az-a açıqlamasında vurğulayıb.

Qeyd edək ki, “Sabah” ilk turda səfərdə İngiltərənin “Mançester Yunayted” komandasına 0:4 hesabı ilə uduzub. İkinci turda Çexiyanın “Slaviya” (Praqa) komandasını 2:0 hesabı ilə məğlub edib. Üçüncü turda isə Almaniyanın “Borussiya” (Dortmund) komandasına 1:2, dördüncü turda Norveçin “Vikinq” klubuna 1:4 hesabı ilə yenilib.

Turnir cədvəlində “Barselona” səkkizinci, “Sabah” isə 30-cu pillədə qərarlaşıb.

İdman.Biz