“Şəfa” klubunda iclas keçirilib, baş məşqçi ilə bağlı qərar verilib

25 Noyabr 2026 12:44
53
“Şəfa” klubunda iclas keçirilib, baş məşqçi ilə bağlı qərar verilib

Ötən gün “Şəfa” futbol klubunun iclası olub.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda klub rəhbərliyi və baş məşqçi Zaur Həşimov iştirak edib.

Toplantıda komandanın cari mövsümdə sərgilədiyi oyun və qeydə alınan qeyri-sabit nəticələr müzakirə olunub. Mövcud vəziyyətə baxmayaraq, Zaur Həşimovla əmkdaşlığın davam etdirilməsinə qərar verilib. Baş məşqçiyə inamını ifadə edən klub rəhbərliyi bundan sonra da lazımi dəstəyin göstəriləcəyini bildirib.

Qeyd edək ki, bu mövsüm Premyer Liqaya qayıdan “Şəfa” klubu 12 turdan sonra beş xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

İdman.Biz