“Kəpəz”in futbolçusu: “Daha yaxşı nəticələr əldə etməyə qadirik” - MÜSAHİBƏ

23 Noyabr 2026 14:53
33
“Kəpəz”in futbolçusu: “Daha yaxşı nəticələr əldə etməyə qadirik” - MÜSAHİBƏ

“Çoxsaylı qol imkanlarımız oldu”.

Bu sözləri “Kəpəz”in futbolçusu Rəhman Hacıyev evdə “Qarabağ”la qolsuz heç-heçə etdikləri Misli Premyer Liqasının 12-ci tur matçından sonra sportify.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Oyunu necə dəyərləndirərdiniz?

- Ağır oyunun olacağını bilirdik. Biletlərin 2-3 gün əvvəldən tükənməsindən, buradakı atmosferdən xəbərdar idik. Bilirdik ki, azarkeşlər bizə həqiqətən böyük dəstək olacaqlar. Amma buna baxmayaraq, özümüzə güvənirdik. Artıq bizim üçün hansısa rəqiblə bacarmayacağımız kimi bir fikir yoxdur. Bütün rəqiblərə qarşı oynaya bilərik, buna gücümüz çatır. Düşünürəm ki, daha yaxşı nəticələr əldə etməyə qadirik və bunun üzərində işləyəcəyik.

- Gəncədə üç xal qazanmaq hər komandaya nəsib olmur. Gəncə Stadionu dolu idi. Yəqin ki, bu dəstəyə görə azarkeşlərə təşəkkürünüzü bildirdiniz?

- Əlbəttə, onlara hər zaman təşəkkürümüzü bildiririk. Hətta dünən məşqimizə də gəlmişdilər, bizə dəstək oldular, ürək sözlərini çatdırdılar. Onların bizə dəstəyi çox böyükdür.

- Qol vurmaq üçün də imkanlarınız var idi. Yaxşı epizodlar yaratdınız amma alınmadı. Səbəb nə oldu?

- Çoxsaylı qol imkanlarımız oldu. Xüsusilə birinci hissədə xeyli epizod yaratdıq, amma onlardan istifadə edə bilmədik. Şansımız gətirmədi. Həqiqətən də çoxlu qol imkanlarımız oldu. Futboldur, belə hallar yaşanır. Vacib olan xal itirməməyimiz, əksinə, xal qazanmağımızdır. Növbəti oyunda bunu qələbə ilə tamamlayarıq.

- Növbəti qarşılaşma “Turan Tovuz”a qarşı olacaq. Gözləntiləriniz nələrdir?

- Səfərdə oynayacağıq, çətin olacaq. Lakin Tovuza qələbə üçün yollanacağıq.

İdman.Biz