“Sabah” - “Barselona” oyununun hakimləri müəyyənləşdi

23 Noyabr 2026 13:40
47
“Sabah” - “Barselona” oyununun hakimləri müəyyənləşdi

Bakıda “Sabah” və İspaniyanın “Barselona” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci tur oyununun hakimləri məlum olub.

İdman.Biz xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Qarşılaşmanın baş hakimi Şotlandiya Futbol Assosiasiyasından Nikolas Uolş olacaq. Ona yan xətt hakimləri Frensis Konnor və Daniel Makfarleyn kömək edəcəklər. Dördüncü hakim funksiyasını Donald Robertson yerinə yetirəcək.

Matçın VAR hakimi Endryu Dallas, AVAR hakimi isə Stiven Maklin olacaq.

Xatırladaq ki, “Barselona” bu gün Bakı vaxtı ilə saat 16:00-da Josep Tarradellas hava limanından paytaxtımıza yola düşəcək. Komandanın saat 21:10-da Bakıya çatması planlaşdırılır.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində dörd turdan sonra “Barselona” doqquz xalla turnir cədvəlinin beşinci, “Sabah” isə üç xalla 31-ci pilləsində qərarlaşıb. Noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” - “Barselona” matçı saat 21:45-də start götürəcək.

İdman.Biz
Məqalədə: