“Sumqayıt” Masaki Murata ilə yollarını ayırdı

23 Noyabr 2026 14:19
32
“Sumqayıt” Masaki Murata ilə yollarını ayırdı

“Sumqayıt” klubu futbolçusu Masaki Murata ilə yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisi məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, 2023/2024 mövsümündə “Sumqayıt”da çıxış edən yaponiyalı oyunçu 2025-ci ildə komandaya qayıtmışdı.

İdman.Biz