“Sabah” - “Barselona” matçına böyük maraq: 66 min bilet satılıb

25 Noyabr 2026 13:44
73
“Sabah” - “Barselona” matçına böyük maraq: 66 min bilet satılıb

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turu çərçivəsində keçiriləcək “Sabah” - “Barselona” (İspaniya) oyununa satılan biletlərin sayı açıqlanıb.

Bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov İdman.Biz-ə məlumat verib.

Onun sözlərinə görə, paket satışlar da daxil olmaqla, qarşılaşma üçün indiyədək 66 min bilet satılıb.

Bakı Olimpiya Stadionunda keçiriləcək görüşün baş hakimi FIFA referisi Nikolas Uolş olacaq. Qarşılaşmaya saat 21:45-də start veriləcək.

Qeyd edək ki, “Sabah” ilk turda səfərdə İngiltərənin “Mançester Yunayted” komandasına 0:4 hesabı ilə uduzub. İkinci turda Çexiyanın “Slaviya” (Praqa) komandasını 2:0 hesabı ilə məğlub edib. Üçüncü turda isə Almaniyanın “Borussiya” (Dortmund) komandasına 1:2, dördüncü turda Norveçin “Vikinq” klubuna 1:4 hesabı ilə yenilib.

Turnir cədvəlində “Barselona” səkkizinci, “Sabah” isə 30-cu pillədə qərarlaşıb.

İdman.Biz
Məqalədə: