“Mançester Siti”nin soyunub-geyinmə otağında fikir ayrılıqları yaşanır

26 Noyabr 2026 15:28
62
“Mançester Siti”nin soyunub-geyinmə otağında fikir ayrılıqları yaşanır

Maliyyə pozuntuları ilə bağlı xəbərlər İngiltərə klubunun düşərgəsində fikir ayrılıqlarına səbəb olub.

İdman.Biz xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda “Mançester Siti” doğma meydanda İtaliyanın “Napoli” klubu ilə heç-heçə edib - 2:2.

Qeyd edək ki, Mançester təmsilçisi bütün turnirlər nəzərə alınmaqla son beş matçında cəmi bir qələbə qazanıb.

Klubun maliyyə pozuntuları ilə bağlı xəbərlərin yayılmasından sonra komandanın soyunub-geyinmə otağında fikir ayrılıqları yaranmağa başlayıb. Mənbənin iddiasına əsasən, futbolçular arasında Xosep Qvardiolanın rəhbərliyi dövründəki birlik artıq yoxdur

Bildirilir ki, bəzi oyunçular klubun ciddi problemlərlə üzləşə biləcəyini nəzərə alaraq komandadan ayrılmaq barədə düşünürlər.

İngiltərə Premyer Liqasının 11-ci turundan sonra 22 xalı olan “Mançester Siti” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Komanda lider “Arsenal”dan altı xal geri qalır.

İdman.Biz