Çempionlar Liqasında tarixi rekord: bir turda 78 qol vuruldu

15 Oktyabr 2026 05:32
108
Çempionlar Liqasında tarixi rekord: bir turda 78 qol vuruldu

UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün liqa mərhələsinin ikinci turu rekord göstərici ilə yadda qalıb.

İdman.Biz “Opta Analyst” statistik platformasına istinadən xəbər verir ki, oktyabrın 13–14-də keçirilən qarşılaşmalarda ümumilikdə 78 qol vurulub.

Bu, 2024/2025 mövsümündən tətbiq edilən yeni formatda bir tur ərzində qeydə alınan ən yüksək məhsuldarlıq göstəricisidir.

Əvvəlki rekord da ötən mövsümün ikinci turunda qeydə alınıb. Həmin vaxt komandalar ümumilikdə 71 dəfə fərqləniblər.

Beləliklə, cari mövsümün ikinci turunda əvvəlki rekord yeddi qol üstələnib.

Qeyd edək ki, Çempionlar Liqasının son qalibi Fransanın PSJ klubudur. Paris təmsilçisi 2025/2026 mövsümünün finalında London “Arsenal”ını əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan görüşün penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib.

Cari mövsümün finalı 2027-ci il iyunun 5-də Madridin “Metropolitano” stadionunda keçiriləcək.

İdman.Biz