“Sabah” Çempionlar Liqasında ilk ev oyununa çıxır

13 Oktyabr 2026 09:23
95
“Sabah” Çempionlar Liqasında ilk ev oyununa çıxır

“Sabah” futbol komandası bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, Bakı təmsilçisi ikinci tur çərçivəsində Çexiyanın “Slaviya” (Praqa) futbol komandası ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı Olimpiya Stadionunda təşkil olunacaq və saat 20:45-də başlayacaq.

Bu, “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində ilk ev oyunudur. Azərbaycan təmsilçisi turnirdə debütünü sentyabrın 10-da İngiltərədə edib. Komanda səfərdə “Mançester Yunayted”ə 0:4 hesabı ilə məğlub olub.

“Slaviya” da ilk turda məğlubiyyətlə üzləşib. Praqa klubu doğma meydanda Fransanın “Lans” komandasına 2:3 hesabı ilə uduzub.

Beləliklə, hər iki komanda ikinci turda ilk xallarını qazanmağa çalışacaq.

Qeyd edək ki, “Sabah” üçüncü turda da doğma meydanda oynayacaq. Bakı təmsilçisi oktyabrın 20-də Almaniyanın “Borussiya” (Dortmund) komandasını qəbul edəcək.

İdman.Biz
Məqalədə: