FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının əsas mərhələsində keçiriləcək “Roma” (İtaliya) - “Real” (İspaniya) oyununun baş hakimi olacaq.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ona Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını italiyalı Davide Di Marko yerinə yetirəcək.
Qeyd edək ki, görüş oktyabrın 14-də, Bakı vaxtı ilə saat 16:00-da Romadakı “Stadio Tre Fontane”də start götürəcək.
