Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatının fərdi yarışlarını yeddi medalla tamamlayıblar.
İdman.Biz xəbər verir ki, millimizin heyətində Əhməd Yusifov (60 kq) dünya çempionu adını qazanıb.
Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş medala sahib çıxıblar. Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc mükafat əldə ediblər.
Dünya çempionatına sabah yekun vurulacaq. Son yarış günündə qarışıq komandalar mübarizə aparacaqlar.
18:59
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən dünya çempionatında gümüş medal qazanıb.
İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda rusiyalı İnal Tasoyevə məğlub olaraq dünya ikincisi olub. Kokauri yarımfinalda finlandiyalı Martti Puumalayneni üstələmişdi.
Bu çəki dərəcəsində Kənan Nəsibov isə bürünc medal qazanıb. O, üçüncü yer uğrunda görüşdə millimizin digər təmsilçisi Camal Qamzatxanovu məğlub edib.
Bununla da Azərbaycan millisinin mundialda qazandığı medalların sayı yeddiyə çatıb.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
18:47
Azərbaycan cüdoçusu Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə millimizin digər təmsilçisi Camal Qamzatxanovu məğlub edib. Bununla da Azərbaycan millisinin mundialda qazandığı medalların sayı altıya çatıb.
Bu çəki dərəcəsində Uşanqi Kokauri isə finala vəsiqə qazanıb. O, yarımfinalda finlandiyalı Martti Puumalayneni üstələyib. Kokauri qızıl medal uğrunda görüşdə rusiyalı İnal Tasoyevlə qarşılaşacaq.
Camal Qamzatxanov yarımfinalda İnal Tasoyevə məğlub olduqdan sonra bürünc medal uğrunda görüşə çıxıb.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
14:51
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən dünya çempionatının finalına vəsiqə qazanıb.
İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda finlandiyalı Martti Puumalayneni məğlub edib.
Kokauri qızıl medal uğrunda görüşdə rusiyalı İnal Tasoyevlə qarşılaşacaq.
Azərbaycan millisinin digər üzvü Camal Qamzatxanov isə yarımfinalda rusiyalı İnal Tasoyevə məğlub olaraq bürünc medal uğrunda mübarizə aparacaq.
Kənan Nəsibov da (+100 kq) bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. O, bu qarşılaşmada millimizin digər təmsilçisi Camal Qamzatxanovla üz-üzə gələcək.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
14:44
Azərbaycan cüdoçusu Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində çıxış edən idmançı təsəlliverici görüşdə rusiyalı Valeri Yendovitskini məğlub edib.
Daha əvvəl Uşanqi Kokauri və Camal Qamzatxanov da (+100 kq) yarımfinala yüksəliblər. Azərbaycan millisinin digər təmsilçisi Madina Kaisinova isə (+78 kq) 1/16 finalda mübarizəni dayandırıb.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
14:26
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan idmançıları mübarizəni davam etdirirlər.
İdman.Biz xəbər verir ki, Uşanqi Kokauri (+100 kq) 1/4 finalda millimizin digər üzvü Kənan Nəsibovu məğlub edərək yarımfinala yüksəlib.
Bununla belə, Kənan Nəsibovun medal qazanmaq şansı qalır. O, təsəlliverici görüşdə qalib gələrsə, bürünc medal uğrunda mübarizə aparacaq.
Digər Azərbaycan cüdoçusu Camal Qamzatxanov da (+100 kq) 1/4 finalda niderlandlı Yur Spiykersi məğlub edərək yarımfinala yüksəlib. Onun növbəti rəqibi rusiyalı İnal Tasoyev olacaq.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
14:04
Azərbaycan cüdoçuları Uşanqi Kokauri və Kənan Nəsibov Bakıda təşkil olunan dünya çempionatında 1/4 finala yüksəliblər.
İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan Kokauri 1/8 finalda polşalı Yakub Sordilini, Nəsibov isə Ukrayna təmsilçisi Yakiv Xammonu məğlub edib.
Daha əvvəl Camal Qamzatxanov da 1/4 finala vəziqə qazanmışdı.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
13:58
Azərbaycan cüdoçusu Camal Qamzatxanov (+100 kq) Bakıda təşkil olunan dünya çempionatında 1/4 finala yüksəlib.
İdman.Biz xəbər verir ki, o, 1/8 finalda özbəkistanlı Muzaffarbek Turoboyevi məğlub edib.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
13.09
Azərbaycan cüdoçusu Camal Qamzatxanov (+100 kq) Bakıda təşkil olunan dünya çempionatında 1/8 finala yüksəlib.
İdman.Biz xəbər verir ki, o, 1/16 finalda Nikita Sviridi (Xorvatiya) üstələyib.
Milli üzvü növbəti mərhələdə özbəkistanlı Muzaffarbek Turoboyevlə qarşılaşacaq.
Daha əvvəl Kənan Nəsibov və Uşanqi Kokauri də 1/8 finala vəsiqə qazanıblar.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
13:06
Azərbaycan cüdoçusu Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.
İdman.Biz xəbər verir ki, o, 1/16 finalda Losseni Koneni (Almaniya) məğlub edib.
Daha əvvəl Uşanqi Kokauridə 1/8 finala vəziqə qazanmışdı.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
12:53
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda təşkil olunan dünya çempionatında 1/8 finala yüksəlib.
İdman.Biz xəbər verir, o, 1/16 finalda Qırğızıstan təmsilçisi Emirxan Yoldoşkazıyevi ipponla məğlub edib.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
12:30
Azərbaycan cüdoçusu Madina Kaisinova (+78 kq) Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb.
İdman.Biz xəbər verir ki, o, 1/16 finalda İtaliya təmsilçisi Asya Tavanoya uduzub.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
11:54
Azərbaycan cüdoçusu Camal Qamzatxanov Bakıda təşkil olunan dünya çempionatına qələbə ilə start verib.
İdman.Biz xəbər verir ki, o, 1/32 finalda Çili cüdoçusu Fransisko Solisi ipponla məğlub edib.
C.Qamzatxanov 1/16 finalda Nikita Sviridlə (Xorvatiya) qarşılaşacaq.
Qyed edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
09:20
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bu gün Azərbaycanın dörd təmsilçisi tatamiyə çıxacaq.
İdman.Biz xəbər verir ki, qadınlardan Madina Kaisinova (+78 kq), kişilərdən isə Camal Qamzatxanov, Uşanqi Kokauri və Kənan Nəsibov (hər üçü +100 kq) mübarizəyə qoşulacaqlar.
M.Kaisinova yarışa 1/16 finaldan başlayacaq. Onun ilk rəqibi İtaliya təmsilçisi Asya Tavano olacaq.
Mundiala 1/32 finaldan start verəcək C.Qamzatxanov Çili cüdoçusu Fransisko Solislə qarşılaşacaq.
U.Kokauri və K.Nəsibov mübarizəyə 1/16 final mərhələsindən qoşulacaqlar. Kokaurinin rəqibi Qırğızıstan təmsilçisi Emirxan Yoldoşkazıyev olacaq. Nəsibov isə Losseni Kone (Almaniya) – Vidak Malyeviç (Serbiya) görüşünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
Foto: İslam Atakişiyev
