Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümündə əsas mərhələsinin ikinci turuna start veriləcək.
İdman.Biz xəbər verir ki, oktyabrın 13-də doqquz qarşılaşma baş tutacaq.
Günün diqqətçəkən oyunlarından biri İspaniyada keçiriləcək. Madridin “Atletiko” komandası İngiltərənin “Mançester Yunayted” klubunu qəbul edəcək.
Türkiyənin “Qalatasaray” futbol komandası isə doğma meydanda İspaniyanın “Barselona” klubu ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası, ikinci tur (Bakı vaxtı ilə)
20:45 “Lans” - “Sportinq”
20:45 “Sabah” - “Slaviya” (Praqa)
23:00 “Arsenal” - “Lill”
23:00 “Atletiko” - “Mançester Yunayted”
23:00 “Qalatasaray” - “Barselona”
23:00 “İnter” - “Brügge”
23:00 “Leypsiq” - PSV
23:00 “Vikinq” - “Bavariya”
23:00 “Vilyarreal” - “Napoli”
