Fransa millisi 2026-cı il futbol üzrə dünya çempionatı zamanı sosial şəbəkələrdə ən çox təhqirə məruz qalan komanda olub.
İdman.Biz xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytında dərc olunan araşdırmanın nəticələrində bildirilir.
Monitorinq zamanı mütəxəssislər 17 milyondan çox paylaşım və şərhi təhlil ediblər. Onlardan təxminən 240 mini təhqiramiz məzmunlu kimi təsnif edilib.
Hesabata əsasən, belə paylaşımların 43 faizi komandaların çıxışları və oyunların nəticələri ilə bağlı olub. Şərhlərin 12 faizində irqçi ifadələrə, 9 faizində korrupsiya ittihamlarına, 8 faizində zorakılıq təhdidlərinə, 7 faizində isə ksenofobiya hallarına rast gəlinib.
Ən çox təhqir Fransa millisinin ünvanına yönəlib - 18 mindən çox hal qeydə alınıb. Fransa komandasına qarşı yazılan təhqiramiz mesajların 33 faizi irqçi xarakter daşıyıb.
Antireytinqdə ikinci yeri İngiltərə millisi tutub. Bu komandaya ünvanlanan təhqiramiz mesajların 43 faizi ümumi xarakterli olub, irqçi və ksenofob məzmunlu paylaşımların ümumi payı isə 21 faiz təşkil edib.
Araşdırma göstərib ki, təhqiramiz mesajların ən böyük hissəsi Avropadan (29,7 faiz), Cənubi Amerikadan (28,1 faiz) və Şimali Amerikadan (22,5 faiz) göndərilib.
Təqdim olunan məlumatlara görə, ən çox irqçi şərh isə Argentinadan olan istifadəçilər tərəfindən yazılıb.
