İspaniyanın “Atletiko” klubu hücumçusu Ademola Lukmanla yollarını ayırmağa hazırdır.
İdman.Biz xarici mediaya istinadən xəbər verir ki, Madrid təmsilçisi nigeriyalı futbolçu üçün qış transfer pəncərəsində 35-40 milyon avroluq təklifləri nəzərdən keçirəcək.
Dieqo Simeonenin rəhbərlik etdiyi komandada əsas heyətdəki yerini itirən Lukmanın klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır.
“Atletiko” bu ilin fevralında hücumçunu İtaliyanın “Atalanta” klubundan 35 milyon avroya transfer edib. Razılaşmada əlavə beş milyon avro bonus da nəzərdə tutulub.
Madrid klubunda karyerasına uğurlu başlayan Lukman ilk altı ay ərzində keçirdiyi 24 oyunda doqquz qol vurub və dörd məhsuldar ötürmə edib.
