“Portu” ulduz qapıçısının transferində 15 milyon avro güzəştə gedə bilər

27 Noyabr 2026 02:17
38
“Portu” ulduz qapıçısının transferində 15 milyon avro güzəştə gedə bilər

Portuqaliyanın “Portu” klubu qapıçısı Dioqu Koştanın transferi ilə bağlı mövqeyini yumşaldıb.

İdman.Biz xəbər verir ki, klub rəhbərliyi yay transfer pəncərəsində 27 yaşlı qolkiper üçün 45-50 milyon avroluq (83,8-93,2 milyon manat) təklifləri nəzərdən keçirməyə hazırdır.

Həm klub rəhbərliyi, həm də futbolçu müqavilədə nəzərdə tutulan 60 milyon avroluq (111,8 milyon manat) sərbəstqalma məbləğinin hazırkı transfer bazarında qapıçı üçün həddindən artıq yüksək olduğunu düşünür.

Ötən yay bir neçə klub Koşta ilə maraqlansa da, məhz bu məbləğə görə rəsmi transfer təklifi göndərilməyib.

Portuqaliyalı qapıçının adı daha əvvəl “Bavariya” və PSJ ilə hallanıb. “Liverpul” da onun potensial yeni klubları arasında göstərilir.

Avropanın nəhəng klublarından birində çıxış etmək arzusunda olan Koştanın “Portu” ilə müqaviləsi 2030-cu ilin iyununa qədər qüvvədədir.

İdman.Biz