Amorim: “Hər üç gündən bir qalib gəlmək məcburiyyətinin yaratdığı təzyiqlə yaşamaq çətindir”

27 Noyabr 2026 01:09
49
Amorim: “Hər üç gündən bir qalib gəlmək məcburiyyətinin yaratdığı təzyiqlə yaşamaq çətindir”

İtaliyanın “Milan” klubunun baş məşqçisi Ruben Amorim UEFA Avropa Liqasının əsas mərhələsinin beşinci turunda Yunanıstanın “Olimpiakos” komandası üzərində qazanılan qələbə (4:2) barədə danışıb.

İdman.Biz xəbər verir ki, italiyalı jurnalist Canluka Di Martsio portuqaliyalı mütəxəssisin fikirlərini “X” sosial şəbəkə hesabında paylaşıb.

“Bu matçdakı qələbə Avropa Liqasındakı taleyimizi tamamilə dəyişir. İlk hissədə yaxşı oynadıq, lakin təkmilləşdirməli olduğumuz məqamlar hələ də var. Komanda ruhumuz var, amma bu qarşılaşma üzərində işləməli olduğumuz məsələləri də üzə çıxardı. Xırda detallara diqqət yetirmək bizim zəif nöqtəmiz olaraq qalır. Düşünürəm ki, bu, təcrübə ilə düzələcək.

Hər üç gündən bir oynamaq asan deyil, amma hər üç gündən bir qalib gəlmək məcburiyyətinin yaratdığı təzyiqlə yaşamaq daha çətindir.

Hatçinsondan həmişə belə oyun gözləyirəm. O, istedadlıdır və böyük potensiala malikdir. Onun bu çıxışı mənim üçün sürpriz deyil. Sadəcə, bəzən psixoloji amillər bütün bacarığını nümayiş etdirməsinə mane olur.

Rəqibin təzyiqi olmadan bir neçə dəfə top itirdik və düşünürəm ki, məhz bu səbəbdən əks-hücumlara imkan verdik. Əzmkar qələbə qazanmaq gözəl hissdir. İki top fərqini aradan qaldıra bildiyimizi görmək özümüzə inamımızı artırır”, - deyə Amorim bildirib.

Xatırladaq ki, “Milan” qarşılaşmanın gedişində 0:2 hesabı ilə geri düşsə də, ardıcıl dörd qol vuraraq qələbə qazanıb.

İdman.Biz