İspaniya Kral Futbol Federasiyası (RFEF) tarixinin ən böyük büdcəsini təsdiqləməyə hazırlaşır.
İdman.Biz xəbər verir ki, qurumun prezidenti Rafael Lousan dekabrın 16-da keçiriləcək Baş Assambleyada 2027-ci il üçün 432 milyon 909 min 680 avroluq (təxminən 806,6 milyon manat) büdcə layihəsini təqdim edəcək.
Bu göstərici 2026-cı il üçün nəzərdə tutulan büdcədən 29,4 milyon avro və ya 7,3 faiz çoxdur.
Federasiyanın əsas gəlir mənbələrini rəsmi məhsulların satışı, yayım hüquqları, idman yarışlarında iştirak, bilet satışı, hakimlik xidmətləri, federasiya lisenziyaları və La Liqa ilə əməkdaşlıq müqaviləsi təşkil edir.
Noyabrın 26-da federasiyanın İdarə Heyəti tərəfindən təsdiqlənən büdcə layihəsi dekabrın 16-da Baş Assambleyada səsverməyə çıxarılacaq.
