“Barselona”, “Bavariya” və “Mançester Siti”nin sabiq baş məşqçisi Pep Qvardiola yeni nəsil futbolçulardan hansının “İnter Mayami”nin hücumçusu Lionel Messi ilə müqayisə oluna biləcəyi barədə sualı cavablandırıb.
İdman.Biz xəbər verir ki, mütəxəssis bu barədə ESPN-ə cavabında bildirib.
O, argentinalı futbolçunun səviyyəsinə çatmağın və uzun illər bu göstəricini qorumağın çox çətin olduğunu bildirib.
“Heç kim. Çox yaxşı oyunçular var, amma hələlik onların hər hansı birinin belə səviyyəyə çatacağını, 15-20 il ərzində hər üç gündən bir bu qədər yüksək səviyyədə çıxış edəcəyini təsəvvür edə bilmirəm. Düşünmürəm ki, nə vaxtsa belə bir futbolçu görəcəyəm.
İnsanlar elə rekordlardan danışırdılar ki, onların heç vaxt yenilənməyəcəyini düşünürdülər. Amma sonda bu rekordlar qırılır. Useyn Boltun rekordları da nə vaxtsa yenilənəcək. Ancaq bu qədər il ərzində belə oyun səviyyəsini qorumaq... Kiminsə bunu təkrarlayacağını təsəvvür edə bilmirəm”, – deyə Qvardiola qeyd edib.
Qeyd edək ki, Pep Qvardiola və Lionel Messi 2008-2012-ci illərdə “Barselona”da birlikdə çalışıblar.
