Bu gün futbol üzrə Misli Premyer Liqasının 13-cü turunun oyunu “İmişli” “Şəfa” arasında baş tutacaq.
İdman.Biz xəbər verir ki, saat 14:30-da start götürəcək turun qarşılaşmasını Fərid Hacıyev idarə edəcək.
“İmişli” 12 xalla turnir cədvəlinin səkkizinci pilləsində yer alıb. Beş xala malik “Şəfa” isə 11-cidir.
Misli Premyer Liqası
13-cü tur, İkinci dövrə
27 noyabr (cümə)
14:30. “İmişli” - ”Şəfa”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Nicat İsmayıllı
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Yevlax şəhər stadionu
Qeyd edək ki, tura noyabrın 29-da yekun vurulacaq.
