Mareska “Liverpul” üzərində qələbədən sonra “Mançester Siti” azarkeşlərinə müraciət edib

13 Oktyabr 2026 00:41
114
Mareska “Liverpul” üzərində qələbədən sonra “Mançester Siti” azarkeşlərinə müraciət edib

“Mançester Siti”nin baş məşqçisi Enso Mareska İngiltərə Premyer Liqasının altıncı turunda “Liverpul” üzərində qazanılan 3:0 hesablı səfər qələbəsindən sonra azarkeşlərə müraciət edib.

İdman.Biz xəbər verir ki, italiyalı mütəxəssis sosial şəbəkə hesabında “Enfild” stadionunda komandaya dəstək verən azarkeşlərə təşəkkürünü bildirib.

“Bəzi məkanlar dözümlülüyünüzü sınağa çəkir. Bəzi anlar isə sizi daha da birləşdirir. “Enfild”də bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Biz birlikdəyik”, – deyə Mareşka yazıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozmaqda təqsirli bilinən “Mançester Siti”nin futbolçuları qarşılaşma zamanı “Liverpul” azarkeşləri tərəfindən fitə basılıblar.

“Şəhərlilər” altı turdan sonra maksimum nəticə göstərərək 18 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edirlər.

İdman.Biz